Bərdədə qızı zorlayıb videoya çəkdilər – Kənd sakinləri mağazaya hücum etdilər – VİDEObackend

Bərdədə qızı zorlayıb videoya çəkdilər – Kənd sakinləri mağazaya hücum etdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bərdə rayonunda dörd nəfər 14 yaşlı qızı zorlayaraq videoya çəkib.
TİA.AZ xəbər verir ki, yeniyetmə qızı zorlamaqda ittiham olunan şəıxslərdən birinin Bərdə rayonu Kətəlparaq kəndində market sahibinin oğlu olduğu iddia edilir.
Sosial şəbəkələrdə yayılan məlumatlarda kənd sakinlərinin qəzəblənərək mağazanı daş-qalaq etməsi öz əksini tapır.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq əməli törədərək videoya çəkən 4 nəfər saxlanlıb.
Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Həmin videonu təqdim edirik: