Bərdədə 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısı alındıbackend

Bərdədə 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısı alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən evliliyin qarşısını alıb.
TİA.AZ xəbər verir ki, bunu Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, 30 sentyabrda Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb.Dövlət Komitəsinin əməkdaşı tərəfindən yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlanılıb, valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilib.
Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah edilib. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır.
Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 176-1.2 Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılır.