Bərdədə 28 yaşlı qadın ərini öldürdübackend

Bərdədə 28 yaşlı qadın ərini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bərdədə ərini qətlə yetirən qadın tutulub.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.Bildirilib ki, iyulun 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılan ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.