Bərdə İcra Hakimiyyəti qarşısında özünü yandırdıbackend

Bərdə İcra Hakimiyyəti qarşısında özünü yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə dəqiqə öncə Bərdə rayon sakini İlham Cavanşir oğlu Nəsirov Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd göstərib.

“Rupor”un bölgə müxbiri xəbər verir ki, İlham Nəsirov xəstəxanada müalicə alırmış, həkimlər ona ayağının amputasiya olunacağını bildiriblər.

Xəstə buna etiraz edərək, xəstəxanadan qaçıb. O, İcra Hakimiyyətinin qarşısına gələrək, üzərinə benzin töküb,  özünü yandırıb.

Müxtəlif dərəcəli yanıq xəsarəti alan İlham Nəsirov əraziyə çağırılan təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılıb.

Fotodan göründüyü kimi hadisə baş verən ərazidə təmizlik işləri aparılır.

Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik.