Bərbərxana və gözəllik salonlarına gedənlərdən COVID-19 pasportu tələb olunur? – RƏSMİ AÇIQLAMAbackend

Bərbərxana və gözəllik salonlarına gedənlərdən COVID-19 pasportu tələb olunur? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən etibarən – 1 sentyabrdan bir sıra müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Bundan başqa, vətəndaşların bir sıra müəssisələrə daxil olması üçün də COVID-19 pasportu tələb olunur.
Bu müəssisələrə bərbərxana və gözəllik salonları da daxildirmi?
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, rəsmi qərarda vətəndaşların bərbərxana və gözəllik salonlarına gedərkən COVID-19 pasportuna ehtiyac yoxdur.
“İşçi heyət 1 sentyabra qədər birinci, oktyabrın birinə qədər isə ikinci vaksini vurdurmalıdır. Gözəllik salonlarında, bərbərxanalarda vətəndaşlara kütləvi xidmət göstərilmədiyinə görə orada bu xidmətdən istifadə edən şəxslərdən COVID-19 pasportu tələbi yoxdur”, – deyə Elşad Hacıyev bildirib.