“Bellingcat” Rusiya ordusunun ən zəif tərəfini açıqladıbackend

“Bellingcat” Rusiya ordusunun ən zəif tərəfini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bellingcat-ın araşdırmaçı jurnalisti Kristo Qrozev logistikanı Rusiya ordusunun ən zəif tərəfi hesab edir.

Qaynarinfo xəbər verir ki, bu haqda Ukrinform-un məlumatında deyilir.

“Mən tamamilə razıyam ki, Ukrayna ərazisinə insan yox, inventar ötürülən ehtiyatlar – bura benzin, raketlər, döyüş sursatları daxildir – 7-8 gün davam edən müharibə üçün nəzərdə tutulub. İndi tədarükdə çox real dəliklər var. Rusiya ordusunun ən zəif tərəfi maddi-texniki təchizatdır, bunu hamı bilirdi və indi biz bunu aydın şəkildə görürük”, – o qeyd edib.

“Gözləyirəm ki, sabah və ya o biri gün mövcud vasitələrlə, 120-130 km-lik məsafədə atəş aça bilən daha az uzaqmənzilli raketlərlə yeni hücum cəhdləri olacaq, Sumıda, Xarkovda bunu təkrarlamaq cəhdlərini hərbi hissələrin hərəkətindən də görmək olar. Amma mən gözləyirəm ki, burada sürpriz olacaq”, – deyə

Qrozev vurğulayıb ki, bu “yırtıqlar” getdikcə daha çox olacaq, çünki Ukraynanın hər tərəfinə səpələnmiş rus qoşunlarının yerləşdiyi məkanlara tankların gətirilməsi demək olar ki, mümkün deyil.

Eyni zamanda o, yaxın günlərdə Rusiyanın Ukrayna şəhərlərinə raketlərlə yeni hücumlarını istisna etməyib, lakin ruslar orada “sürpriz”lə qarşılaşa bilərlər.