“Bellingcat” Rusiya diversantlarının partlayış törtmə sxemini açıqladıbackend

“Bellingcat” Rusiya diversantlarının partlayış törtmə sxemini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ərazisində silah-sursat anbarlarında baş verən partlayışlarda Rusiya xüsusi xidmət orqanlarının əli ola bilər.

TİA.AZ xəbər verir ki, bunu “Bellingcat”ın araşdırmaçı jurnalisti Hristo Qrozev “Espreso” telekanalının efirində deyib.

“Əgər Rusiya, əgər QRU bunu qeyri-rəsmi müharibə vəziyyətində olduqları Avropa Birliyi ölkələrində edibsə, Ukraynada, müharibə getdiyi, artıq agent şəbəkəsinin mövcudlu məlum olan yerdə bunu etmədiyini necə iddia edə bilərik?” – Qrozev sual edib. Onun sözlərinə görə, “yalnız bir analitik nəticə ola bilər: bəli, onlar Ukraynada da bunu etməyə cəhd ediblər”.

O, Çexiya və Bolqarıstanda təxribatçılar tərəfindən partlayışların hazırlanmasında metodologiyanın oxşarlığına diqqət çəkib. “Xətt kifayət qədər standartdır və partlayışların hər birində təkrarlanır”, – Qrozev deyib. O, təxribatçıların işinin təxmini sxemini də təsvir edib: “Onlar həmişə özləriylə uzaqdan mobil telefondan işə salına bilən elektrik enerjisiylə işləyən detonatorlar gətirirlər, amma əvvəlcə anbarlar yandırılır, bundan sonra patlayıcı işə salınır ki, bu, sadəcə yanğın təəssüratı yaratsın “.

Xatırladaq ki, 17 aprel tarixində Çexiya Rusiya xüsusi xidmət orqanlarını Müdafiə Nazirliyinin Vrbetitsadakı anbarlarında təxribat törətməkdə günahlandırıb və 18 rus diplomatı ölkədən çıxarıb. Buna cavab olaraq Rusiya Federasiyası Çex diplomatik heyətini persona non qrata elan etdi. Praqanın addımı bir neçə Avropa ölkəsi tərəfindən dəstəklənib və ruslar qovulub. Bunun üçün Moskva onları “dost olmayan” dövlətlər siyahısına əlavə etməyi düşünür.