Bələdiyyə sədrinə 3 min manatlıq cərimə yazıldıbackend

Bələdiyyə sədrinə 3 min manatlıq cərimə yazıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Hökməli bələdiyyəsinin sədri Ramil Orucov 3 min manat məbləğində cərimələnib. TİA.AZ xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib edilib.

Bədəliyyə sədrinin cərimələnməsinə səbəb qəsəbə ərazisində məişət tullantılarının yandırılması olub.