Belçikalı deputat Şevket Temiz: “Ramin Əhmədovun təşviqat startegiyasi uğurludur”backend

“Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərini diqqətlə izləyirəm. Azərbaycan dövlətçiliyinin daha da güclənməsi və iqtisadi inkişaf üçün seçkilərin keçirilməsi mühüm hadisədir”.

TİA.AZ  xəbər verir ki, bu sözləri Belçika parlamentinin deputatı Şevket Temiz bildirib.

O qeyd edib ki, gənclərin seçkilərdə fəallıq göstərməsi sevindirici haldır: “Seçkilər Azərbaycanda elan edilmiş islahatlar siyasətini gücləndirəcək. Mətbuatda izləyirəm ki, gənc kadrlar irəliyə çəkilir. Azərbaycan üçün yaxşı hadisədir. Həm də sosial şəbəkələr vasitəsilə namizədələrin həyacanla apardığı təbliğatı görürəm. Azərbaycanlı namizəd dostlarımıza uğurlar arzulayıram. Dostumuz, gənc siyasətçi Ramin Əhmədovun seçkilərdə iştirak etməsi məni sevindirdi. O, Azərbaycanın siyasi-ictimai həyatında fəallığı ilə seçilən insandır. Ramin Əhmədovun deputatlığa namizəd kimi seçkilərdə iştirakı onun gələcək siyasi həyatında yeni cığır açacağına inanıram. Gənc siyasətçinin təbliğat və təşviqat strategiyası uğurludur. O, mükəmməl seçki təbliğatı aparır. Bunu sosial şəbəkələr və mətbuat vasitəsilə izləyirəm. Perspektivli siyasətçidir. İnanıram ki, seçiləcəyi təqdirdə gələcəkdə Belçika-Azərbaycan parlamentləri arasında əlaqələrin inkişafı istiqamətində də çalışacaq. İki ölkə arasında mədəni-sosial və siyasi-iqtisadi əlaqələrə öz töhfələrini verəcək. Ramin Əhmədov daxil olmaqla, bütün namizədlərə müvəffəqiyyətlər diləyirəm”.


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/