BELARUSİYADA NƏ BAŞ VERİR?-FOTOLARbackend

BELARUSİYADA NƏ BAŞ VERİR?-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Belarusiyada keçirilən prezident seçkilərindən sonra əhali nəticələrə etiraz edərək, meydanlara axışıb.  Tia.az xəbər verir ki, yerli MSK-nın rəhbəri Lidiya Yermoşina bildirib ki, səsvermədə ümumi seçicilərin 79 faizi iştirak edib. Onlardan 80 faizi hazırkı prezident Aleksandr Lukaşenkoya, 9.9 faizi müxalifət lideri Svetlana Tixanovskaya səs veriblər.
Lakin ölkə əhalisi seçkilərin saxtalaşdırıldığını bildirirərək, dünən gecədən etirazlara start veriblər. Belə ki, dünən gecə saatlarında Minskin mərkəzi küçələrinə axışan etirazçılar yerli OMON-la üz-üzə qalıblar. Gələn məlumatlara görə, paytaxtda polis etirazçılara qarşı olduqca sərt davranıb. Əvvəlcə, dəyənəkdən istifadə edən polis, sonradan aksiya iştirakçılarına səs bombaları atıb, rezin güllələrdən istifadə edib.
Vəziyyət gecə saatlarında daha dramatik şəkil alıb. Küçədən çəkilməyən etirazçılara qarşı təzyiqlə vurulan sudan istifadə edilib. Amma bunun da xeyri olmayıb. Həmin ərəfədə Daxili Qoşunlara məxsus yük maşını narazı kütəlinin üzərinə hərəkət edib. İlkin məlumatlarda ölənlərin olduğu deyilsə də, sonradan məlumat təkzib edilib, lakin yaralıların olduğu inkar edilməyib.
TİA.AZ xəbər verir ki, etirazçılarla polis arasında əsas toqquşmalardan biri də Minskin mərkəzindən keçən çayın üzərindəki körpüdə yaşanıb. Etirazçılardan biri polisin onların sıxışdırdığını görərək, idarə etdiyi avtobusu onların üzərinə sürüb. Polis kardonu yarıldıqdan sonra etirazçılar Azadlıq Meydanına doğru hərəkət etməyə başlayıblar.
Qeyd edək ki, gecə gec saatlarına qədər davam edən etirazlar sonradan qəfil sakitləşib. “İstefa”, “Çıx get”, “Sveta” bağıran kütlə, səhərə yaxın meydandan çəkilib və “Səhər görüşərik” deyə evlərinə gediblər. Bunun niyə baş verdiyi və nə səbəbdən etirazçıların geri çəkildiyi rəsmi qurumlar üçün də maraqlı olub. Güman edilir ki, bu gün səhər saatlarından etibarən Minskdə vəziyyət yenidən dəyişəcək.
Proseslər təkcə, paytaxtda deyil, həmçinin digər şəhərlərdə də baş qaldırıb. Brest, Jadino, Qomel və Lide şəhərlərində də etirazlar başlayıb. Jadino və Lidedə isə OMON əlindəki qalxanları yerə atıb. Onların etirazlarına mane olmayacaqlarını bildiriblər. Əhali də onları “Əhsən” və “Çox sağ ol” deyib, alqışlayıb.
Bildirək ki, Bbelarus müxalifəti proseslərə seyirçi olaraq tamaşa edir. Dünən Svetlana Tixanovskayanın Seçki Qərargahında yalnız bir neçə açıqlama verilib. Onlardan biri proseslərə qarışmadıqlarından ibarət olub. İkinci açıqlama isə polisi zorakılıqdan çəkinməyə çağırışdır. Tixanovskaya bəyan edib ki, sabah Belarus daha fərqli olacaq və polis insanlara qarşı zorakılığı dayandırmalıdır.
Bu əsnada bildirək ki, Belarusda dünəndən etibarən internet tamamilə kəsilib. Yalnız mobil telefondan zəng və SMS vasitəsi ilə əlaqə saxlamaq mümkündür. Eyni zamanda, dünən gecədən etibarən təkcə Miskdə 100-dən çox şəxsin saxlanıldığı bildirilir. Onların arasında jurnalistlər və bloggerlər də var.
Xaricdə yaşayan belaruslar isə öz ölkələrinin səfirlikləri önünə toplaşaraq, etirazlara start veriblər. Rusiyada hətta Belarus səfirliyinə hücum belə olub. Bundan sonra yerli polis etirazçıları dağıdıb. Varşava, Praqa və Riqadakı səfirliklərin önündə minlərlə insanın olduğu deyilir.
Belarusiya prezidenti Lukaşenkoya gəldikdə isə o, hələlik açıqlama verməyib. Yalnız rəsmi qurumların iştirakı ilə iclas keçirdiyinə dair məlumatlat var. “Nexta” TV-nin (xatırladaq ki, Belarusda bütün aksiyaları çəkən əsas TV hesab olunur) yaydığı məlumatda iddia olunur ki, Lukaşenko oğlu ilə birlikdə ölkəni tərk edib. Onun Çin və ya Türkiyəyə yola düşdüyünə dair məlumatlar var. Lakin rəsmi dairələr məlumatı təkzib edirlər. Onlar Lukaşenkonun yaxın saatlarda xalqa təşəkkür etmək məqsədi ilə efirə çıxacağını bildirirlər.