Belarusdan yüzdən artıq hərbi texnika Moskvaya doğru hərəkət edir (VİDEO)backend

Belarusdan yüzdən artıq hərbi texnika Moskvaya doğru hərəkət edir (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarusda Rusiya hərbi texnikasının böyük karvanı görüntülənib.
TİA.AZ Unian-a istinadən xəbər verir ki, karvan Minskdən Moskva istiqamətində hərəkət edir.
Bu barədə Motolko layihəsi “Twitter”də məlumat yayıb.
Qeyd olunur ki, saat 07:00 radələrində Belarusun Borisov şəhəri ərazisində 100-dən çox Rusiya hərbi texnikasından ibarət kolon müşahidə edilib.
“Borisovun yaxınlığında M1 şossesi ilə Minskdən Smolensk (Moskva) istiqamətində hərəkət edən 100 ədəd “V” işarəli hərbi texnikadan ibarət böyük karvan görünüb. Karvana “Ural” və “KamAZ”, “UAZ Patriot”, KUNG-lər, yanacaq daşıyan maşınlar və PAZ avtobuslar daxildir”, deyə məlumatda bildirilir.