BELARUSDAN SONRA SIRA RUSİYANINDIR – ANALİTİKbackend

BELARUSDAN SONRA SIRA RUSİYANINDIR – ANALİTİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda baş verən son hadisələrdən sonra bir sıra maraqlı proseslər yaşanmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, dünyanın böyük və aparıcı dövlətləri ilə yanaşı, Avropa Birliyi də Aleksandr Lukaşenkonun president seçilməsini qəbul etməyib və onu “persona non qrata” elan ediblər. Yyerli müxalifətin güclənməsi və avqustun 10-dan etibarən ölkədə başlayan aksiyalar isə Belarusda hakimiyyət dəyişikliyinin qaçılmaz olduğunu deməyə əsas verir.
Bu əsnada, günün əsas müzakirə mövzularından biri də Belarusdan sonra etirazların hansı ölkəyə keçəcəyi və devriləcək növbəti diktatorun kimliyidir. Qeyd edək ki, bu sırada bir çox ölkələrin adları çəkilir. Lakin Avropa Siyasətinin Təhlili Mərkəzinin əməkdaşı, politoloq Yanuş Buqayski “The Hill” qəzetindəki özünün təhlil yazısında birmənalı olaraq bəyan edib ki, Belarusdan sonra Rusiyada etirazlar başlayacaq. “Bu gün Belarusda baş verən proseslər göstərir ki, işin içində Rusiya var. Sadəcə, Lukaşenkonun bəzi sərt addımları və yanlış hərəkətləri işləri hədəqəsindən çıxarıb. Belarus prezidentinin sayılı günləri qalıb. Tezliklə gedəcək. Belə olanda Rusiya nə etməlidir? Aydın məsələdir ki, Minskdə yeni hakimiyyəti kim quracaqsa, Moskva ilə razılaşdırılmalıdır. Bu normaldır və başqa şəkildə mümkün görünmür. Lakin gedişat eyni taktikanın Rusiyada başlayacağını əminliklə deməyə əsas verir”.
Buqayski hesab edir ki, Rusiya Belarusdan daha çox uğursuz bir dövlətdir və ölkədə kifayət qədər sosial, iqtisadi və siyasi narazılıqlar var. “Bu narazılıqlar artıq pik həddədir. Son dövrlər Rusiyada keçirilən etiraz aksiyalarına fikir verdikdə, Putin hakimiyyətinin durumunun ağır olacağı şübhə doğurmur. Böyük ehtimalla, Belarusdan sonra sıra Rusiyanındır və tezliklə şimal ölkəsində kütləvi etirazların başlayacağının şahidi olacağıq”.