BELARUSDA SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI – Lukaşenko qalib olubbackend

BELARUSDA SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI – Lukaşenko qalib olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda Aleksandr Lukaşenko 80,23% səslə prezident seçkilərində qalib olub.

“Report” xəbər verir ki, bunu Belarusun Mərkəzi Seçki Komissiyası açıqlayıb.

Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. Ölkənin bir sıra bölgələrin kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurma nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalq qarşı güc tətbiq etməməyə çağırıb.

Ötən gecə prezident seçkilərinin ilkin nəticələrinə etirazlar fonunda Belarusun Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Hökumət evindən təxliyə edilib.

“RİA Novosti” xəbər verir ki, bunu MSK sədri Lidiya Yermoşınanın özü bildirib.