Belarusda onlarla tanınmış sayt bloklandı: Hakimiyyət hücuma keçdibackend

Belarusda onlarla tanınmış sayt bloklandı: Hakimiyyət hücuma keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarusda bir sıra media qurumları da daxil olmaqla onlarla sayta giriş məhdudlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Tut.by portalı məlumat yayıb. Saytın məlumatına görə, bəzi saytlara daxil olarkən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna uyğun olaraq Belarus Respublikası İnformasiya Nazirliyinin qərarı əsasında informasiya mənbəyinə girişin məhdudlaşdırılması haqda bildiriş çıxır.
Saytlar arasında “Azadlıq Radiosu – Belarus” və Ukraynanın İnternet nəşri “Politnaviqator” da var. Bağlanan resursların siyahısına Belarusun keçmiş prezidentliyə namizədləri Valeri Tsepkalo və Viktor Babarikonun saytları da daxil edilib. Hakimiyyət Belarus prezident seçkilərində alternativ səs sayımını həyata keçirən “Qolos” onlayn platformasına girişi də məhdudlaşdırıb.
Qeyd edək ki, Belarusda İnternetlə bağlı problem prezident seçkisi günü 9 avqustda başlayıb. RBC müxbirinin bildirdiyinə görə, onda brauzer vasitəsilə işə salındıqda Google, YouTube, bəzi yerli saytlar işləməyib və Facebook, Twitter səhifələrini yükləməkdə problemlər olub. Mediafaylları Telegram, Instagram-a yükləmək mümkün olmayıb, bank tətbiqləri işləməyib.
Mobil İnternet üç gün sonra, 12 avqust səhəri yenidən işə başlayıb. Lukaşenko İnternet problemini xarici fəaliyyətlərlə izah edib. Xüsusilə, Belarus operatoru Beltelecom ölkə xaricində çoxsaylı kiberhücumların artması səbəbindən İnternetə çıxmaqda çətinliklər olduğunu bildirib. RBC-nın sorğusuna cavab verən ekspertlər bunun hakimiyyət tərəfindən təşkil edilə biləcəyini bildiriblər.