LUKAŞENKO BELARUS MÜXALİFƏTİNİN LİDERLƏRİNİ HƏBS ETDİRDİbackend

LUKAŞENKO BELARUS MÜXALİFƏTİNİN LİDERLƏRİNİ HƏBS ETDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarusda dünən keçirilən çoxminli etiraz aksiyasından sonra əlinə silah alan prezident Aaleksand Lukaşenko bu gün səhərdən etibarən rəqiblərinə qarşı hücuma keçməyə başlayıb. Tia.az xəbər verir ki, son çıxışında Prezindet İqamətgahının qarşısına toplaşan etirazçıları “siçan” adlandıran Lukaşenkonun göstərişi ilə ilk həbslər gerçəkləşdirilib.
Belə ki, Belarus milisi ölkə müxalifətinin Koordinasiya Şurasının Rəyasət Heyətinin 2 üzvünü saxlayıb. Onlar Olqa Kovalkova və Segey Dilevskidir. Hər iki şəxsin saxlanılmasının səbəbi barədə rəsmi açıqlama yoxdur. Lakin onlara qarşı “dövlət çevrilişinə cəhd” ittihamının irəli sürüləcəyi istisna edilmir.