Belarusda mitinqlərdə iştiraka görə cəzalar sərtləşdirildibackend

Belarusda mitinqlərdə iştiraka görə cəzalar sərtləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist fəaliyyət və mitinq keçirilməsi qaydalarının pozulması haqqında qanunda dəyişiklik edib.

TİA.AZ Milli hüquqi İnternet portalının məlumatına istinadla xəbər verir ki, indi ölkədə iki yeni maddə – “Ekstremist fəaliyyətlərin təbliği” və “Ekstremist fəaliyyətlərdə iştirak etmək üçün təlim və ya digər hazırlıq keçmək” olacaq. Birinci maddədə iştirak edən şəxslər dörd ilə qədər azadlığın məhdudlaşdırılması və ya iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə, bir qrup şəxs üçün üç ildən yeddi ilədək həbs cəzası nəzərdə tutulur.

Ekstremist fəaliyyətlərdə iştirak etmək üçün üç ilə qədər müddətə azadlıq məhdudiyyəti və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.

Qeyri-qanuni aksiyalara dair ictimai çağırışlar üç il əvəzinə beş ilə qədər cəzalandırılacaq.

Kütləvi tədbirlərin keçirilməsinin təkrar (bir il ərzində iki dəfə) pozulmasına görə həbs, üç ilə qədər azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Respublika hakimiyyəti qanunvericiliyi 2020-ci ildə keçirilmiş prezident seçkisindən sonra başlayan etirazlar fonunda sərtləşdirib.