Belarusda Lukaşenkoya rəqib namizədə 14 il həbs cəzası verildibackend

Belarusda Lukaşenkoya rəqib namizədə 14 il həbs cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belqazprombank”ın keçmiş idarə heyətinin sədri Viktor Babariko Belarusda 14 il həbs cəzasına məhkum edilib.

TİA.AZ  “Belta”ya istinadla xəbər verir ki, hökm ölkənin Ali Məhkəməsi tərəfindən elan edilib.
28 iyun tarixində Belarus prezidentliyinə keçmiş namizəd məhkəmədə son sözlə çıxış edib. O, etmədiyi cinayətə görə özünü təqsirli bilmədiyini söyləyib.

Babariko rüşvət almaqda və gəliri xüsusilə geniş miqyasda leqallaşdırmaqda günahlandırılır.