Belarus Ukraynaya elektrik enerjisinin verilməsini dayandırdıbackend

Belarus Ukraynaya elektrik enerjisinin verilməsini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukrayna Belarusun elektrik enerjisini almaqdan məhrum olub. Noyabrın 18-dən Minsk əvvəllər bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədarükləri dayandırıb, bu barədə dünən respublikanın Energetika Nazirliyi xəbərdarlıq edib”.
TİA.AZ xəbər verir ki, bu haqda Rusiyanın MK.ru saytı yazıb.
Eyni zamanda, departament Ukraynanın texniki imkanlarını nəzərə alaraq, elektrik enerjisinin gələcəkdə də çatdırılmasını mümkün hesab edib.
Eyni prinsipə əsasən, Belarusun noyabrın 6-da bərpa etdiyi əvvəlki kommersiya tədarükləri üçün qrafik tərtib edilib. Bir neçə gün əvvəl rəsmi Kiyev 500 MVt elektrik enerjisinin tədarükü üçün Minskdən təcili yardım istəyib. Ukrayna kömür çatışmazlığı səbəbindən öz enerji resurslarının çatışmazlığı ilə üzləşib.