Belarus rus bazasından imtina edirbackend

Belarus rus bazasından imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus ərazisində Rusiyaya məxsus hərbi baza yerləşdirilməsinin nə praktiki, nə siyasi, nə də hərbi cəhətdən mənası var.

Axar.az xəbər verir ki, bu sözləri Belarusun Xarici İşlər naziri Vladimir Makey deyib.

Onun sözlərinə görə, hazırda Rusiya-Belarus münasibətlərinin gündəmində sözügedən məsələyə yer ayrılmayıb.

O, həmçinin, Belarus rəhbərliyinin hansısa xarici qüvvənin təsiri ilə qərar qəbul etmədiyini qeyd edib.