Belarus “Avroviziya” iştirakçıları siyahısından çıxarıldıbackend

Belarus “Avroviziya” iştirakçıları siyahısından çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Avroviziya” Mahnı Müsabiqəsinin təşkilatçıları Belarusun may ayında Rotterdamda keçiriləcək tədbirdə iştirakına qadağa qoyulduğunu elan ediblər.
TİA.AZ xəbər verir ki, Avropa Yayım Birliyinin açıqlamasında deyildiyi kimi, ölkənin təqdim etdiyi ikinci mahnı müsabiqənin qaydalarına uyğun gəlmir, bu səbəbdən Belarus “Avroviziya”da təmsil olunmayacaq.
Xatırladaq ki, əvvəllər təşkilatçılar “Qalası 3Mesta” qrupunun “Mən sənə öyrədəcəm” mahnısını içində siyasi altlıq görərək qəbul etməmişdilər. Bu gün Belarusun “Belteleradiokompaniya” dövlət media holdinqinin sədri İvan Eysmont qrupun iki yeni mahnı yazdığını və onlardan birinin təsdiq üçün göndərildiyini söyləyib.
Eysmont mahnının adını və ya bu barədə təfərrüatları açıqlamayıb, gələn həftə geniş ictimaiyyətin onu eşidəcəyini vəd edib.