Tribuna İnformasiya Agentliyi

Belə üzrdənsə… – Hamı tənqid etdi

14 Avqust

Bakıda tikinti şirkətinin üzrxahlığı müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotoda şirkət müvəqqəti narahatlığa görə üzr istədiyini qeyd edib.

Lakin lövhədəki hərf səhvləri ( Müveqeti narahatcılğa görə üzür istəyirik) sosial şəbəkə istifadəçilərini haqlı olaraq qəzəbləndirib. Onlar Azərbaycan dilinə laqeyd yanaşanları tənqid ediblər.