Bəhram Bağırzadə sağalaraq evə buraxılıbbackend

Bəhram Bağırzadə sağalaraq evə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin Mərkəzi Gömrük Hospitalındakı müalicəsi başa çatıb.

“Report” xəbər verir ki, o, artıq evə buraxılıb.

Məlumata görə, ondan götürülən yeni COVID-19 testinin nəticələri neqativ çıxıb.

Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb.

Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə iyunun 13-də vəziyyəti kəskin pisləşdiyindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülərək reanimasiyaya yerləşdirilib. Onun ağciyərlərinin 90 faizi zədələndiyindən əməkdar artist ECMO cihazına qoşulub. İyulun 2-də isə o, ECMO cihazından ayrılıb.

Qeyd edək ki, Bəhram Bağırzadənin müaicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub.