BƏƏ 4 günlük iş həftəsinə keçir: bəs bu, Azərbaycanda mümkündürmü?backend

BƏƏ 4 günlük iş həftəsinə keçir: bəs bu, Azərbaycanda mümkündürmü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hələlik Azərbaycanda bu fazaya gəlib çatmamışıq”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov gələn ildən başlayaraq BƏƏ-də 5 günlük iş həftəsinin 4,5 günlük iş həftəsilə əvəzlənməsi addımının Azərbaycanda da tətbiqinin mümkünlüyü barədə danışarkən deyib:
“Azərbaycanda 5 milyon işçi var. Amma cəmi 1,7 milyon işçi ilə əmək müqaviləsi bağlanılıb. Əmək müqaviləsi olmayan insanları isə xüsusən də tikinti sahəsində, 10-12 saat işlədirlər. Biz heç bu prosesi heç tənzimləyə bilmirik, qaldı 4 günlük iş həftəsinə keçmək məsələsi. Yoxlamalara qoyulan moratorium səbəbindən Əmək Müfəttişliyi prosesə nəzarət edə bilmir. İndiki halda ölkəmizdə ilk növbədə qeyri-formal əmək bazarını ləğv etmək barədə düşünməliyik. Yalnız ondan sonra ayrı-ayrı sahələrdə faydalı iş əmsalını artırmaq hesabına gündəlik iş saatı, yaxud da həftəlik iş gününün sayını azaltmaq barədə fikirləşə bilərik. Hələlik isə bu barədə düşünmək tezdir”.
Həmsöhbətimiz ərəb ölkəsinin sözügedən istiqamətdə atdığı addımı isə iqlim amiliylə əlaqələndirir:
“Uzun illərdir ki, dünyada həftəlik iş vaxtının qısaldılması, yaxud da gündəlik iş saatlarının azaldılması məsələləri müzakirə predmetidir. Eksperiment olaraq bəzi sahələrdə bu proses tətbiq də olunur. Amma beynəlxalq standarta görə, həftədə 40 saatdan çox olmamaqla gündəlik 8 saatlıq iş günü müəyyən olunub. Ərəb ölkələrinə gəldikdə isə, burada iqlim şəraiti fərqli olduğundan, 5 günlük iş həftəsindən 4-4,5 günlük iş həftəsinə keçmək istiqamətində müəyyən tədbirlərin görülməsi gözləniləndir. O da bəzi sahələrdə. Ərəb ölkələrində miqrantları 15 saat işlədir və onlara münasibətdə qul əməyi tətbiq edirlər”.