BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağladıbackend

BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Dövlət Universitetinin (BDU) tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin layihələndirilməsi işlərinin satınalınması ilə bağlı müqavilə bağlanıb. 
Qaynarinfo xəbər verir ki, layihələndirmə işlərini “AAB LAYİHƏ-TİKİNTİ” MMC görəcək. Müqavilənin şərtlərinə görə, BDU şirkətə 330 min manat ödəyəcək.
Qeyd edək ki, “AAB LAYİHƏ-TİKİNTİ” MMC 7 dekabr 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 5 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə küçəsi ev 80,m.6-dır.
 
Şirkətin qanuni təmsilçisi Səfərov Taleh Kitay oğludur.