“Bazarstore” – MƏHKƏMƏYƏ VERİLDİbackend

“Bazarstore” – MƏHKƏMƏYƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.

TİA.AZ Banker.az-a istinadən xəbər verir ki, buna səbəb əhalinin Sanitariya-Gigiyena Və Sanitariya-Epidemioloji Salamatliği Qaydalari Əleyhinə Olan Inzibati Xətalardır.

Belə ki, “Bazarstore” barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə protokol tərtib olunub.

İş hakim Abbas Rzayevin icraatına verilib.

Qeyd edək ki, həmin maddəyə əsasən Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.