Bazar gününün hava PROQNOZUbackend

Bazar gününün hava PROQNOZU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avqustun 21-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.