“Bayraqdar”ı Azərbaycana maneəsiz satırıq – Direktorbackend

“Bayraqdar”ı Azərbaycana maneəsiz satırıq – Direktor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bayraqdar TB2” PUA-larının istehsalında lazım olan avadanlıqların 93 faizi Türkiyə məhsullarıdır.
TİA.AZ xəbər verir ki, bunu “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, buna görə də heç bir məhdudiyyət olmadan PUA-ları ehtiyacı olan ölkələrə satırıq:
“Bayraqdar TB2”-ni Azərbaycana, Qətərə və Ukraynaya heç bir maneə olmadan ixrac edirik. Hazırda bir neçə ölkə ilə də danışıqlar aparılır”.
Direktor qeyd edib ki, “Bayraqdar TB2” PUA-larının peyk rabitəsinə sahib modelinin sınaqları tamamlanıb:
“Bu PUA-lar fərqli strateji vəzifələri icra edəcəklər”.