Tribuna İnformasiya Agentliyi

Bayraq Meydanındakı turniklər niyə yoxa çıxdı?

08 Aprel

Bayraq meydanındakı parkda  əhalinin istifadə etməsi üçün yerləşdirilən dəmir turniklər yoxa çıxıb. Parka gələnlər onların oğurlandığını düşünürlər. 

Bayraq meydanındakı parkda  əhalinin istifadə etməsi üçün yerləşdirilən dəmir turniklər yoxa çıxıb. Parka gələnlər onların oğurlandığını düşünürlər.

TİA.AZ xəbər verir ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi aparatının rəhbəri  Elmir Bağırov isə Modern.az-a bildirib ki, həmin turniklər təmir üçün götürülüb.

“Bildiyiniz  kimi, həmin turniklərdən istifadə pulsuzdur. Buna görə də  insanlar onlardan  tez-tez istifadə edirlər. Bəzi hallarda bu, konstruksiyaya uyğun olmur. Dəmir turniklər təmir ediləndən sonra qısa müddət ərzində  əvvəlki yerində quraşdırılacaq”.