Bayraq Günü hava necə olacaq? – PROQNOZbackend

Bayraq Günü hava necə olacaq? – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  TİA.AZa verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.