Tribuna İnformasiya Agentliyi

Bayram günlərinə olan hava proqnozu

14 İyun

Bayram günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova  açıqlamasında bildirib ki, iyun ayının 15-də və 16-ı gündüz saatlarında ölkədə hava şəraiti sabit keçəcək: “Növbəti iki gündə hava əsasən yağmursuz olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25-30, Mərkəzi Aran rayonlarında 30-35, dağlıq ərazilərdə 17-22 dərəcə təşkil edəcək”.
Onun sözlərinə görə, lakin 16-sı axşam isə bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.
Qeyd edək ki, iyun ayının 15-i Azərbaycanda Milli Qurtuluş Günüdür. Bu ilin iyunun 15 və 16-da isə Ramazan bayramı qeyd olunacaq.