“Bayraktar” üç gündə 26 milyon dollarlıq rus texnikasını məhv edib (VİDEO)backend

“Bayraktar” üç gündə 26 milyon dollarlıq rus texnikasını məhv edib (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avqustun 31-dən sentyabrın 2-dək üç gün ərzində bir cüt Bayraktar TB-2 pilotsuz uçuş aparatı düşmənin təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Baş Komandan Valeri Zalujnının Teleqramına istinadən məlumat yayıb https://www.rbc.ua/rus/news/bayraktar-tri-dnya-unichtozhil-tehniki-rf-1662193406.html .
Onun yazdığı kimi, bu siyahıda:
• 8 ədəd T-72 tankı (birinin təxmini dəyəri 3 milyon dollardır);
• bir ədəd özüyeriyən artilleriya qurğusu “AKASIYA” (1,6 milyon dollar);
• BMP (0,6 milyon dollar);

• haubitsalar (0,3 milyon dollar).
Bundan əlavə, aşağıdakılar zədələnib:
• 5 ədəd T-72 tankı
• BMP (1,85 milyon dollar).
“Məhv edilmiş və zədələnmiş Rusiya texnikasının ümumi dəyəri 28,35 milyon dollardır”, – Zaluznı əlavə edib.