“Bayraktar” Sumı bölgəsində düşmənin iki kolonunu məhv etdibackend

“Bayraktar” Sumı bölgəsində düşmənin iki kolonunu məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumı rayonunda martın 1-də axşam saatlarında “Bayraktar” işğalçılara qarşı işə başlayıb və xeyli rus texnikası məhv edilib.
TİA.AZ xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski Facebook səhifəsində məlumat verib.
Belə ki, Ukrayna hərbçiləri yarısı “Qradı” markalı maşın olan 80-ə yaxın avtomobilin dayanacağını zərərsizləşdirib. Bu, Romensk rayonunun Pustovoitovka stansiyası yaxınlığında baş verib.
Bişkin kəndi yaxınlığında Rusiyanın 100-ə yaxın texnikası, əsasən tankları və zirehli transportyorları məhv edilib.
Bundan əvvəl Xarkov yaxınlığında Ukrayna hərbçiləri RF Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasını bombalayıb. “Javelin” Rusiyanın 2S3 “Akasiya” özüyeriyən topunu məhv edib, avtomobil ekipajla birlikdə atomlara parçalanıb.