Bayraktar 100-ə yaxın tankı və 20 “Qrad”ı sıradan çıxartdı – VİDEObackend

Bayraktar 100-ə yaxın tankı və 20 “Qrad”ı sıradan çıxartdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumı bölgəsində fəaliyyətə başlayan “Bayraktar” rus texnikasının kalonuna dəqiq zərbə endirməsi nəticəsində texnikanı və  yüzlərlə bölməni sıradan çıxarıb.

“Ölkə.Az” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə dünənki vəziyyətə yekun vuran Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

“Bölgəmizdə ilk “Bayraktar” peyda olub, o, artıq Rusiya texnikasının kolonlarına məqsədyönlü zərbə endirib, yüzlərlə bölmə məhv edilib. İlk belə nümunə 100-ə yaxın tankın, 20-yə yaxın “Qrad”ın, yanacaq daşıyan maşınların və zirehli texnikanın məhv edilməsi idi.

Bölgəmizdə daha bir neçə Bayraktar gözləyirik, biz də əsgərlərimiz üçün qoruyucu olan Avropadan gələcək silahları, xüsusən də rabitə vasitələrini və termal görüntülər istəyirik”, – Jivitski bildirib.

“Ukrinform”un xəbərinə görə, Rusiya qoşunları əsas infrastrukturu atəşə tutur və məhv edir, raketlərlə yaşayış binalarını vurur.