Bayrağımız Xocalıda, Xocavənddə, Xankəndində də qaldırılmalıdır! – Vahid Əhmədovbackend

Bayrağımız Xocalıda, Xocavənddə, Xankəndində də qaldırılmalıdır! – Vahid Əhmədov

Hesab edirəm ki bir sıra dövlətlər noyabrın 10-da imzalanmış bəyanatı qəbul etmək istəmirlər.  Cənab prezident siyasi iradəsini ortaya qoydu və Azərbaycanın suveren dövlət olduğunu dünyaya nümayiş etdirdi”.

TİA.AZ xəbər verir ki,bu fikirləri parlamentin iclasında eputat Vahid Əhmədov deyib.

O bildirib ki, dünya çox zaman Ermənistanın yanında olub:

“Düşünürəm ki, Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz. Səməd Seyidovdan xahiş edirəm ki bununla bağlı bəyanat qəbul edilsin. Həmsədr olan dövlət birtərəfli mövqe tuta bilməz. Elə etməliyik ki, Fransa heç nə edə bilməsin. Bu zaman Türkiyənin Minsk qrupunun həmsədr olaraq quruma daxil l olmasını tələb etməliyik”.

Vahid Əhməov Xankəndində Azərbaycanın idarəetməsinin çox vacib olduğunu qeyd edib:

“İstərdim ki, bayrağımız Xocalıda, Xocavənddə, Xankəndində  ucaldılsın. Dövlət başçısı siyasi iradəsini ortaya qoyub. Azərbaycan bu müharibədə öz qələbəsini təmin etdi”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki