BAYDENLƏ PUTİN GÖRÜŞÜ GƏRGİN BİTDİ: HƏDƏFDƏ ÇİNDİR…backend

BAYDENLƏ PUTİN GÖRÜŞÜ GƏRGİN BİTDİ: HƏDƏFDƏ ÇİNDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putinin Cenevrədə baş tutan görüşü nəhayət sona çatdı. TİA.az xəbər verir ki, liderlərin açıqlamaları görüşün “orta” keçdiyini göstərsə də, Baydenin Cenevrəni tərk etməzdən öncə “Rusiya hazırda çox çətin vəziyyətdədir” deməsi görüşün heç də “orta” keçmədiyi, əksinə olduqca gərgin keçdiyini göstərmiş oldu. Əvvəla, Baydenin “Rusiya hazırda çox çətin vəziyyətdədir” deməsi heç də təsadüfi deyil. Xüsusilə də bunu Çin ilə əlaqələndirməsi xüsusi diqqət çəkdi.

Faktiki olaraq Bayden Rusiya üçün təhlükənin Qərbdən deyil, məhz Şərqdən, yəni Çindən gəldiyini qeyd etdi. Yəni Bayden Kremlin mövcud gücünün əslində tükəndiyini, sadəcə Çinin investisiyaları ilə ayaqda qaldığını demiş oldu. Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, mahiyyət etibarilə Bayden haqlıdır.
ABŞ və Qərbin sanksiyaları hazırda Rusiya iqtisadiyyatını çox pis hala salıb. Bundan əlavə, rus rublunun dollar qarşısında ucuzlaşması da başqa bir faktordur.

Təbii ki, Çin də bunu bilir və son illərdə Rusiyaya yatırılan investisiyaların həcmini artırıb. Çinin hədəfi əslində bəllidir. Pekin Rusiyanın Ural dağlarından Şərqdəki Asiya torpaqlarının zəngin yeraltı və yerüstü sərvətləri ilə yaxından maraqlanır. Rusiya Sibir başda olmaqla, Asiya torpaqlarının yerüstü və yeraltı sərvətlərinin cəmi 10 faizini istifadə edir. Ərazinin sərt iqlimi, texnoloji avadanlıqların çatışmaması, iş gücünün azlığı və iqtisadi potensialın olmaması Kremlin bu torpaqları tam olaraq mənimsəməsinin qarşısını alır. Lakin Çin üçün vəziyyət heç də belə deyil. Sənayesi iqtisadiyyatı və ordusu günü-gündən güclənən Çin daxili bazarının xammal ehtiyacını region ölkələrindən təmin edir. Yüksək işçi gücünə və lazımi texnoloji avadanlıqlara malik olan Pekin Rusiyanın qeyd etdiyim səbəblərdən tam olaraq istismar edə bilmədiyi Asiya torpaqlarına həm investisiya ayırır, həm texnoloji dəstək, eləcə də ucuz işçi qüvvəsi ilə təmin edir.

Faktiki olaraq Kreml göz görə-görə Asiya torpaqlarını Çinə icarəyə verir. Əvəzində isə Vaşinqton və Qərblə mübarizədə silahlanmaya maliyyə ayıraraq özünü hələ də fövqəldövlət statusunda olduğunu göstərmək istəyir. Düşünürəm, Bayden “Rusiya hazırda çox çətin vəziyyətdədir. Deyərkən məhz bunu nəzərdə tuturdu. O ki, qaldı Çinin Rusiyaya təzyiq etmək məsələsinə Bayden burada Rusiyanı qorxutmağa ya da ən azından Çinə qarşı güvənini sarsıtmağa çalışır. Çünki Bayden anlayır ki, Çin Rusiyanın Asiya torpaqlarına investisiya ayırıb işçi qüvvəsi cəlb edərək gücünü günü-gündən artırır. Digər tərəfdən, Pekin Qərblə arasındakı Rusiyanın hərbi baxımdan zəifləməsini istəmir. Çünki anlayır ki, bu zaman ABŞ hər vəchlə Qərbin bu gün Rusiyaya qarşı etdiyini iqtisadi təziqi rəsmi Moskva olmasa Çinə qarşı edəcək. Pekin buna görə Rusiyanı gücləndirir. ABŞ Bunu bildiyi üçün Pekinlə Moskvanın arasını açmağa çalışır.