Baydenin seçki qərargahında “Tik-Tok” qadağan edildibackend

Baydenin seçki qərargahında “Tik-Tok” qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampın əsas rəqibi Demokratlar Partiyasından namizəd Co Baydenin seçki qərargahında işləyən şəxslərə mobil telefonlarından Çinin “Tik-tok” tətbiqini silməklə bağlı göstəriş verilib.

TİA.AZ xəbər verir ki, bu barədə “CNN” demokratın qərargahındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Baydenin hüquq məsləhətçisi Dana Remus, bazar ertəsi (27 iyul – Red)günü qərargah işçilərinə elektron poçtla mesaj göndərib.

“Yenə də fərdi mobil cihazlarda “TikTok” istifadə etməməyi məsləhət görürük. Baş ofisdə işləyəndə “TikTok”u istifadə etsəniz, bunun üçün ayrı bir telefon seçməyi və ayrı bir hesab yaratmağı məsləhət görürük”-deyə, məktubda qeyd olunub.

Qeyd edək ki, Baydenin seçki qərargahı “Tik-tok” tətbiqində qeydiyyatdan keçməyib.