Baydenin 100 günlük reytinqi ABŞ tarixində üçüncü ən aşağı göstəricidirbackend

Baydenin 100 günlük reytinqi ABŞ tarixində üçüncü ən aşağı göstəricidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Washington Post” və “ABC News” ABŞ prezidenti Co Baydenin işə başlamasının 100 günü münasibəti ilə əhali arasında sorğu keçirib.
TİA.AZ xəbər verir ki, sorğuya əsasən, dövlət başçısının reytinqi 52% təşkil edib ki, bu da ABŞ prezidentləri arasında Donald Tramp (42%) və Cerald Forddan (48%) sonra üçüncü ən aşağı göstəricidir.
Qeyd olunur ki, telefon sorğusu 18-21 aprel tarixləri arasında keçirilib. Sorğuda 1007 nəfər yetkinlik yaşına çatmış respondent iştirak edib.
Sorğu iki dildə – ingilis və ispan dillərində aparılıb.