Bayden: “Vladimir Putin heç vaxt Ukraynada qələbə qazanmayacaq”backend

Bayden: “Vladimir Putin heç vaxt Ukraynada qələbə qazanmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Vladimir Putin heç vaxt Ukraynada qələbə qazanmayacaq”.
TİA.AZ  UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ evdə Kolumbiya lideri İvan Duke ilə danışıqlardan əvvəl deyib.
“İnanıram ki, ABŞ və dünya ictimaiyyəti öz ölkəsini müdafiə edən Ukrayna xalqını dəstəkləməyə davam edəcək. ABŞ Ukraynaya bu günə kimi bir milyard dollar yardım ayırıb. Hazrda isə Ukraynaya yeni müdafiə avadanlıqları göndərilir”, – o bildirib.
C.Bayden, həmçinin ABŞ-ın sanksiyalarının Rusiya iqtisadiyyatını zəiflətdiyini söyləyib və rublun dəyər itirdiyini xatırladıb.