Bayden Ukrayna işğalının qarşısını almaq üçün PA-ya dörd həftə vaxt verdibackend

Bayden Ukrayna işğalının qarşısını almaq üçün PA-ya dörd həftə vaxt verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya planlaşdırdığı iddia edilən işğalının qarşısını almaq üçün administrasiyasına dörd həftə vaxt verib.
TİA.AZ  xəbər verir ki, bu məlumatı CNN paylaşıb.
“Mümkün hərbi əməliyyatlar zamanı Vaşinqton tərəfindən hazırlanan sanksiyalar “əzici və təxirəsalınmazdır”, – deyə telekanal bildirib. Vaşinqton Rusiyanın iqtisadiyyat və maliyyə sisteminə zərbə vurmaq istəyir.
ABŞ hesab edir ki, Moskva ABŞ-ın təhdidlərini ciddi qəbul etmir. General Ben Hoces Baydenin Vaşinqtonun öz qüvvələrini Ukraynaya göndərmək niyyətində olmadığı barədə bəyanatını tənqid edib.
“Mən razıyam ki, indi ABŞ-ın hərbi əməliyyatlarının vaxtı deyil. Bəs niyə bunu açıq elan edirsiniz? Bu, bir güzəştə bənzəyirdi, bundan sonra Kreml yalnız tələblərini artırıb”, – Ben Hoces deyib.
Bundan əvvəl Ukraynada hərbi vəziyyətin tətbiq olunmayacağı bildirilirdi. Bunun üçün heç bir əsas yoxdur. Bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.