Bayden idmançı qızların qarşısında diz çökdü (VİDEO)backend

Bayden idmançı qızların qarşısında diz çökdü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden “Seattle Storm” basketbol klubunun idmançıları qızları ilə görüşdə diz çöküb.

TİA.AZ xəbər verir ki, dövlət başçısının jesti ilə çəkilmiş videoçarx sosial şəbəkələrdə yayılıb.
Basketbolçular Baydenə soyadı və 46 nömrəli forma köynəyi hədiyyə ediblər – o, ABŞ-ın 46-cı prezidentidir. Bundan sonra siyasətçi idmançılar ilə xatirə şəkli çəkdirib. Şəkildə diz çökərək poza verib.

Videoda deyildiyininə görə, bunu prezidentdən heç kim gözləmirmiş. Eyni zamanda, bu jest qaradərili insanlara şiddətə qarşı yönəlmiş Black Lives Matter hərəkatı ilə assosiasiya olunur.

Hərəkat daxilində başqa bir etiraz dalğası 2020-ci ildə afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-da başlayıb. Həbs zamanı polis məmuru Derek Şovin çox sərt hərəkət edib, nəticədə isə həmin şəxs boğularaq ölüb.

Bundan sonra Minneapolis əyalətində və digərlərində küçə etirazları başlayıb – insanlar mağazaları və polis məntəqələrini ələ keçirib. 2021-ci ildə Şovin qətldə günahkar bilinərək 22 il həbs cəzasına məhkum edilib.