Bayden Əfqanıstanla zarafat etmək istəyərkən mikrofonu söndürüldübackend

Bayden Əfqanıstanla zarafat etmək istəyərkən mikrofonu söndürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirdiyi brifinqdə Əfqanıstanla bağlı suala cavab olaraq qəribə bir şəkildə zarafat etmək istəyib, ancaq dərhal mikrofonu söndürülüb.
TİA.AZ xəbər verir ki, bu olay brifinqdə NBC jurnalistinin Baydendən ABŞ ordusu 31 avqust tarixinə qədər Əfqanıstanı tərk etməsə, o nə edəcək, sualına cavab verərkən baş verib.
Bayden cavab olaraq gülümsəyib, bir neçə saniyə düşünüb və jurnalistə “Zəng etdiyim ilk adam sən olacaqsan” deyib. Görünür, başqa bir şey demək istəyib, amma Ağ Evin əməkdaşları həmin anda mikrofonu söndürüblər. Respublikaçılar bunun Baydenin daha da rüsvay olmaması üçün edildiyini iddia ediblər, – deyə Fox News yazıb.
Daha əvvəl “Taliban” yaraqlıları amerikalıların 31 avqusta qədər qoşunlarını geri çəkməsələr, bunu işğal hesab edəcəklərini bildiriblər.