BAYDEN ARAİKƏ PUL GÖNDƏRİR, KONQRES XANKƏNDİ TERRORÇULARINI TƏBRİK EDİR – POLİTOLOQ ŞƏRHİ…backend

BAYDEN ARAİKƏ PUL GÖNDƏRİR, KONQRES XANKƏNDİ TERRORÇULARINI TƏBRİK EDİR – POLİTOLOQ ŞƏRHİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbədən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar ABŞ-ı razı salmır”.

Bunu TİA.Az-a ABŞ-Azərbaycan münasibətləri haqqında danışarkən politoloq Elşən Manafov deyib.


Onun sözlərinə görə, Qarabağ probleminin tənzimlənməsi ilə bağlı məsələlərə ikili standartlardan yanaşması göstərir ki, ABŞ-ın bölgə ilə bağlı geosiyasi maraqları var:

“DQ-da olan seperatçı rejim ABŞ tərəfindən tanınmayıb, ABŞ da ATƏT Minsk qrupundakı digər həmsədr dövlətlər kimi Azərbaycanın DQ-da ərazi bütövlüyünü və dövlət suverenliyini tanıyır. ABŞ-la münasibətlərimiz hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. ABŞ Azərbaycanla enerji təhlükəsizliyi sahəsində, habelə zamanında beynəlxalq terrorizmə qarşı həmişə böyuk önəm verib, bununla belə ABŞ-ın Qarabağ probleminin tənzimlənməsi ilə bağlı məsələlərə ikili standartlardan yanaşması, onun mövqeyində bir sıra hallarda özünü biruzə verən xristian təəssübkeşliyi, Azərbaycanın başı üzərindən DQ-daki seperatçi rejimə humanitar dəstək adı altında ötürülən milyonlarla vəsaitlər, 907-ci düzəlişin hələ də ləğv olunmaması, yalniz moratorium qoyulması göstərir ki, ABŞ-ın bölgə ilə bağlı geosiyasi maraqları var və bu maraqlar onu bizimlə münasibətləri ikili standartlar üzərində qurmağa sövq edir. Azərbaycanın geocografi anlamda İrana yaxınlığı həmişə ABŞ siyasi elitalarının diqqət mərkəzində olub. Bundan əlavə Azərbaycanın Qərbin təkliflərinə baxmayaraq Rusiyaya qarşi iqtisadi sanksiyalara qoşulmaması da ABŞ-ı qane etmir. Ermənistanla 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbədən sonra Cənubi Qafqazda yeni geosiyasi realliqlar da ABŞ-ı razı salmır, bununla belə Azərbaycanın çoxvektorlu xarici siyasəti, onun qoşulmayan dövlətlərin siırasında olması ABŞ-ın geostrateji maraqlarina cavab verir. Müstəqil siyasət yeridən Azərbaycanın bu ilin fevralında Rusiya ilə münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırması da ABŞ-ı qane etməyən amillər sırasına daxildir. ABŞ dövlət katibinin ATƏT-in Minsk qrupuna yenidən həmsədr təyin etməsi ABŞ-ın Qarabağ probleminin tənzimlənməsi üzrə fərqli planlara malik olmasının göstəricisidir. Babayanın isə Konqresdə dinləmələrə qatılması ABŞ tərəfindən məhz bu siyasətə alternativ baxışların olması kimi qəbul olunmalıdır”.

Aytac

TİA.Az