Tribuna İnformasiya Agentliyi

“Bavariya” yeddinci dəfə Almaniya Super kubokunun qalibi olub

13 Avqust

Avqustun 12-də “Bavariya” və “Ayntraxt” klubları arasında Almaniya Super kubok uğrunda oyun keçirilib.

TİA.AZ xəbər verir ki, qarşılaşma “Komerz Bank Arena” stadionunda baş tutub. Matç Münxen təmsilçilərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib tərəfin heyətində Levandovskiy (3), Kinqsli Koman və Tiaqo fərqləniblər. “Bavariya” üçüncü dəfə dalbadal və tarixində yeddinci dəfə Almaniya Super kubokunun qalibi olub.