“Bavariya” bir oyunda 20 qol vurdu – VİDEObackend

“Bavariya” bir oyunda 20 qol vurdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə növbəti Almaniya çempionatına hazırlıqlarını davam etdirən “Bavariya” yoxlama oyununda 20 qol vurub.

Oxu.Az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, Münhen komandası həvəskar liqa təmsilçisi “Rottax-Eqern”a 20:2 hesabı ilə qalib gəlib.

“Bavariya”dan Koman, Levandovski, Vaqner, Frantske het-trik ediblər, Müller və Xames dubla imza atıblar, Tiaqo, Rudi, Riberi və Kimmix hərəyə 1 dəfə fərqləniblər.