Batumidə yaşayış binasının çökməsinin səbəbi açıqlandı: 3 nəfər saxlanıldıbackend

Batumidə yaşayış binasının çökməsinin səbəbi açıqlandı: 3 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Batumidə yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar polis üç nəfəri saxlayıb.
TİA.AZ xəbər verir ki, bu haqda Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslərdən biri birinci mərtəbədə yerləşən mənzilin sahibi, digər ikisi isə onun mənzilində təmir-bərpa işləri aparan şəxslərdir.
Məlumatda o qeyd olunub ki, mənzildə təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarının ciddi surətdə pozulması binanın çökməsi ilə nəticələnib.