Tribuna İnformasiya Agentliyi

Batumidə 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb – FOTO,VİDEO

10 Sentyabr

Gürcüstanın Batumi şəhərində təxminən 30 yaşlı kişi “Əli və Nino” abidəsinin üstünə çıxıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, həmin şəxs bir müddət abidənin üstündə oturub.

Hadisə yerinə gələn xilasedicilər onu abidənin üstündən düşürməyə çalışıblar. Lakin həmin şəxs köməkdən imtina edərək, özü aşağı enib.

Yerli mətbuatın məlumatına görə, həmin şəxs Konstantin Ediberidzedir. Ediberidze həyətində çətənə yetişdirdiyinə görə polis onunla bağlı araşdırma aparıb.