Başından güllə yarası alan 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev dünyasını dəyişdi – VİDEObackend

Başından güllə yarası alan 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev dünyasını dəyişdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novosibirsk yaxınlığında yol polisinünü güllələdiyi azərbaycanlı xəstəxanada keçinib.

TİA.AZ xəbər verir ki, bu barədə Vəkil Abdullayevin yaxınları məlumat verib.

RZN.info portalı isə yazıb ki, Vəkil xəstəxanada komada olarkən keçinib: “Həkimlər susdular, sadəcə dedilər ki, axşam saat 17-də vəfat edib”.

Qeyd edək ki, hadisə mayın 28-də Sibir yolunda baş verib. Məlumatda o da qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisi məmurunun dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi müfəttişi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman məhbusun 19 yaşlı bir tanışı ona müdaxilə etməyə başlayıb.

Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı “Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi ) və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” ( Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi ) maddələri ilə cinayət işi açılıb.