Tribuna İnformasiya Agentliyi

Başına 4 milyon qoyulan PKK terrorçusu məhv edildi

19 İyun

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Bitlis bölgəsində həyata keçirdiyi antiterror əməliyyatında daha bir təhlükəli terrorçu məhv edilib.

Bu haqda  TİA.AZ Türkiyə KİV-nə istinadən xəbər verir.

Əməliyyat zamanı öldürülən “Ali Piling” ləqəbli Şerif Yakut Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.

Ş.Yakutun ələ keçirilməsi üçün hökuməti 4 milyon lirə (təxminən 700 min ABŞ dolları) pul mükafatı ayırmışdı.

O, Diyarbəkir, Batman, Bitlis, Muş, Elazığ ve Bingöl bölgələrində bir sıra terror aktlarının törədilməsi üçün təlimatlar verib.