Başı onlayn dərsə qarışan müəllimin uşağı 7-ci mərtəbədən yıxılıb öldübackend

Başı onlayn dərsə qarışan müəllimin uşağı 7-ci mərtəbədən yıxılıb öldü

Türkiyənin Konya şəhərinin Çumra qəsəbəsində fərqli məktəblərdə müəllimlik edən Mustafa və Deniz Bayram cütlüyünün azyaşlı övladları faciəvi şəkildə ölüb.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, cütlüyün pandemiya ilə əlaqədar distant təhsil keçmələri üçün qonşularının evinə qoyduqları 1,5 yaşlı uşaqları 7-ci mərtəbənin eyvanından yıxılaraq vəfat edib.

Məlumata görə, azyaşlı Kumsal adlı qız uşağı qonşunun eyvanındakı stolun üstünə çıxarkən müvazinətini itirərək yıxılıb. Uşağın yıxıldığından xəbər tutan valideyinləri və qonşu aşağı enəndə artıq uşağın keçindiyini görüblər. Ata Mustafa Bayramın yaşadığı dəhşət anbaan kameralara düşüb.

Azyaşlının cənazə namazı qılınıb, ardından torpağa tapşırılıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki