Tribuna İnformasiya Agentliyi

İCRA BAŞÇISI ERMƏNİSTAN BAYRAĞINI BU HALA SALDI

09 Noyabr

Bu gün Daşkəsəndə 9 Noyabr – Dövlət Bayrağı günü münasibətlilə tədbir keçirilib.  

Bu gün Daşkəsəndə 9 Noyabr – Dövlət Bayrağı günü münasibətlilə tədbir keçirilib. 


TİA.AZ 
xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əsgərləri və rayon sakinləri iştirak edib. 


Tədbirdə çıxış edən Daşkəsənin icra başçısı Əhəd Abıyev əsgərləri, zabitləri və rayon ictimaiyyətini təbrik edib. Başçının çıxışından sonra N saylı hərbi hissənin əsgərləri tədbir iştirakçıları qarşısında öz döyüş hazırlıqlarını nümayiş etdiriblər. Bu zaman icra başçısı Əhəd Abıyev də öz döyüş məharətini nümayiş etdirib.

 

O, erməni bayrağı çəkilmiş şifer lövhəni yumruq zərbəsi ilə çilik-çilik edib.


Qeyd edək ki, şiferi sındırmaq xüsusi məharət tələb etməsə də, icra başçısının bu jesti simvolik məna daşıyır.